Məxfilik Siyasəti
"Rəqəmsal Ekologiya" informasiya sisteminin “Bioloji Müxtəlifliyin Qorunması” alt sisteminin "E-Bilet" portalı (bundan sonra - Portal) vasitəsilə təklif olunan xidmətlərdən istifadə zamanı İstifadəçinin (bundan sonra-İstifadəçi və ya Siz) fərdi məlumatlarının toplanması, emalı və qorunması prosedurlarının tənzimlənməsi üçün bu Məxfilik Siyasəti sənədi (bundan sonra-Məxfilik Siyasəti) tərtib edilmişdir.
Bu Məxfilik Siyasətində Portalın xidmətlərindən istifadə edərkən İstifadəçinin fərdi məlumatlarının toplanılması, emalı və qorunması şərtləri göstərilmişdir. Məxfilik siyasəti haqqında tam məlumat əldə etmək üçün bu Məxfilik siyasətini oxumaq vacibdir.
1. FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI
Xidmətlərin göstərilməsi üçün zəruri olan hallarda, habelə, qeyd edilən xidmətlər ilə bağlı İstifadəçi ilə əlaqə qurmaq məqsədilə, istifadəçnin fərdi məlumatları toplanılır. İstifadəçinin fərdi məlumatları yalnız müvafiq normativ – hüquqi aktlar və Məxfilik siyasəti ilə nəzərdə tutulan hallarda və həcmdə üçüncü şəxslərə açıqlana bilər. İstifadəçilər tərəfindən könüllü olaraq Portal vasitəsi ilə aşağıda qeyd edilən məlumatların toplanması həyata keçirilr:
- İstifadəçinin elektron poçt ünvanı;
- İstifadəçinin telefonu nömrəsi;
- İstifadəçinin passport nömrəsi (yalnız əcnəvi ziyarətçilər üçün) ;
- Milli parka daxil olacaq avtomobil(lərin)in dövlət nömrə nişanı;
Xidmətin göstərilməsi üçün tələb olunan digər zəruri məlumatlar qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq digər dövlət informasiya sistemlərindən əldə edilir.
2. FƏRDİ MƏLUMATLARIN EMALI
Portalın fəaliyyətinin təmin edilməsi üçün toplanmış fərdi məlumatlar aşağıdakı məqsədlər üçün emal edilə bilər:
- İstifadəçinin xidmətləri əldə etməsi üçün;
- İstifadəçilərinin eyniləşdirilməsi üçün;
- Əməliyyatların icra edilməsi üçün;
- Portalın etibarlı və davamlı fəaliyyətininin təmin edilməsi üçün;
- Təqdim olunan xidmətlərin spektrini genişləndirilməsi üçün;
- Xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə istifadəçinin portaldakı hərəkətlərinin analiz olunması üçün;
- Portal vasitəsi ilə proaktiv xidmətlərin göstərilməsi üçün;
- İstifadəçiyə ümumi təyinatlı bildiriş və məlumat bülletlərinin göndərilməsi üçün;
- Xidmət keyfiyyətinin ölçülməsi üçün;
- İstifadəçinin sorğularının cavablandırılması üçün.
3. FƏRDİ MƏLUMATLARIN PAYLAŞILMASI
Portalda müxtəlif vəzifələri yerinə yetirmək üçün üçüncü tərəf təchizatçıların xidmətlərindən istifadə oluna bilər. Bu xidmətlərə istifadəçi məlumatlarının təhlili, xidmətlərin, veb-saytların və məlumat bazalarının işlənməsi, yerləşdirilməsi və saxlanılması daxildir. Bu şəxslərə istifadəçi məlumatlarından başqa məqsədlər üçün istifadə etməyə və ya xidmətlərdən kənar istifadəçilə əlaqə saxlamağa icazə verilmir.
Fərdi məlumatlar:
- dövlət orqanı və ya nümayəndəsinin qanuni sorğusuna;
- məhkəmə qərarına;
- hər hansı hüquqi proses də daxil olmaqla, qanunla nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək üçün zəruri olduqda;
- hüquq və mənafelərini müəyyən etmək, həyata keçirmək və ya qorumaq üçün zəruri olduqda;
- digər şəxsin həyat baxımından mühüm olan mənafelərini qorumaq üçün zəruri olduqda;
- fəaliyyətimizin tam və ya bir hissəsinin verilməsi və ya ötürülməsi və ya yenidən təşkil edilməsi ilə bağlı;
və ya digər şəkildə istifadəçinin razılığını əldə etdiyimiz hallar da daxil olmaqla, qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq açıqlana bilər.
Yuxarıda qeyd edilən hallarda, istifadəçinin fərdi məlumatlarını Azərbaycan Respublikasının hüdudlarından kənarda fərdi məlumatların müxtəlif səviyyədə hüquqi mühafizəsini təmin edən qanunvericiliyə malik olan ölkələrdə yerləşən üçüncü şəxslərə ötürülə bilər.
Toplanan istifadəçi məlumatlarını mühafizə etmək üçün qanunvericilik ilə nəzərdə tutulan təhlükəsizlik tədbirlərindən istifadə edilir. Portal digər veb-saytlara və ya proqramlara istinadları ehtiva edə bilər. Bu zaman istinad edilən veb-saytların və proqramların məxfilik siyasətinə nazirlik tərəfindən nəzarət və iştirak edilmir. Nazirlik istinad edilmiş veb-saytların və proqramların məzmununa və ya istifadəsinə görə məsuliyyət daşımır.
4. İSTİFADƏÇİ HÜQUQLARI
Qanunvericilik istifadəçiyə:
- fərdi məlumatlarınız ilə tanış olmaq;
- qeyri-dəqiq məlumatlara düzəliş etməyi tələb etmək;
- fərdi məlumatlarınızı silməyi tələb etmək;
- fərdi məlumatlarınızın işlənməsinin məhdudlaşdırılmasını tələb etmək;
- fərdi məlumatlarınızın işlənməsinə etiraz etmək;
- fərdi məlumatlarınızın surətini tələb etmək;
- fərdi məlumatların işlənməsi üçün əvvəllər verilmiş razılığı geri götürmək,
və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları verir.
İstifadəçi razılığının geri götürülməsi, razılığın geri gtürülməsinə qədər həyata keçirilən istənilən məlumat işlənməsinin qanuniliyinə, eləcə də razılıqdan fərqli olaraq, digər qanuni əsaslara istinad edilərək həyata keçirilən fərdi məlumatlarınızın işlənilməsinə təsir etməyəcək.
5. FƏRDİ MƏLUMATLARIN MƏHV EDİLMƏSİ
Xidmətlərdən istifadə müddəti başa çatdıqda və ya xitam verildikdə, aşağıdakı üsullardan birindən istifadə etməklə İstifadəçinin fərdi məlumatlarını məhv edilir:
- kağız informasiya daşıyıcısının müvafiq doğrama maşınları vasitəsilə məhv edilməsi;
- kağız informasiya daşıyıcısının yandırılması;
- kağız informasiya daşıyıcısının kimyəvi məhlullar vasitəsilə məhv edilməsi;
- elektron informasiya daşıyıcısının mexaniki təsir üsulu ilə məhv edilərək bərpası mümkün olmayan vəziyyətə salınması;
- elektron informasiya daşıyıcısının bərpası mümkün olmayan qaydada formatlanması;
- xüsusi proqram təminatı vasitəsilə elektron informasiya daşıyıcısında olan məlumatların bərpası mümkün olmayan qaydada silinməsi;
- münasib və uyğun hesab edilən hər hansı digər üsulla.
Sizin fərdi məlumatlarınız Xidmətlərdən istifadə etdiyiniz müddət ərzində və bu müddətdən sonra nazirliyin hüquq və vəzifələrə uyğun olaraq müddətsiz olaraq saxlanılır. Fərdi məlumatların toplanılması və emalı zamanı, məlumatların toplanılmasının və emalının qanuniliyi və təhlükəsizliyi təmin edilir. İstifadəçiyə aid fərdi məlumatlar qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə edilir.
Fərdi məlumatların qorunması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə müxtəlif texniki üsul və vasitələrdən istifadə edilir.
6. “KUKİ” SİYASƏTİ
"Kuki"lər sizin istiadə etdiyiniz cihazın yaddaşında saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP ünvanınız, istifadə olunan brauzer proqramının növü, portaldan istifadə tarixi və müddəti, istifadə etdiyiniz bölmələr və s. haqqında texniki məlumatlar saxlanılır.
İstifadəçilərə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə "kuki"lərdən və digər texnoloji üsullardan faydalanılır.
Sizi istifadəçi kimi texniki olaraq eyniləşdirmək, onlayn məzmunu tənzimləmək, fəaliyyətin effektivliyini ölçmək, analitik təhlilləri həyata keçirmək, eləcə də riskləri azaltmaq, potensial saxtakarlığın qarşısını almaq məqsədi ilə "kuki faylları"ndan və geolokasiya məlumatlarının təhlilindən istifadə edilə bilər. Həmçinin statistik və analitik təhlillərin həyata keçirilməsi məqsədləri üçün üçüncü tərəflərin "kuki"ləri vasitəsilə informasiyanın toplanması həyata keçirilir. İstifadə edilən internet bələdçi proqramı vasitəsi ilə "kuki" fayllarından istifadənin məhdudlaşdırılması mümkündür. "Kuki" fayllarından istifadənin məhdudlaşdırılması portalda və ya inteqrasiya edilmiş əlaqəli servislərdən istifadə zamanı müəyyən texniki problemlərin yaranması ilə nəticələnə bilər.
7. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİK EDİLMƏSİ
Müvafiq normativ hüqiqi aktiların tələbləri əsasında Məxfilik Siyasətinə yenidən baxıla bilər. Məxfilik siyasətinə dəyişiklik edildiyi təqdirdə istifadəçilər bu barədə 10 gün öncədən ümumi bildirişlə məlumatlandırılacaq.
Yeni məxfilik siyasəti dərc edildiyi tarixdən etibarən qüvvəyə minir.
- İlk dəfə dərc edilib: 01.01.2026
- Son dəfə redaktə edilib: 01.01.2026
- Versiya: 1.0.0