«Elektron bilet satışı sistemi» sınaq rejimində fəaliyyət göstərir.
Qaydalar və istifadə şərtləri
Təbiəti qorumaq və təhlükəsiz istirahəti təmin etmək üçün aşağıdakı qaydalara əməl olunması zəruridir:
- Milli Parklarda ekoturizm fəaliyyəti təyin olunmuş marşrutlar üzrə həyata keçirilməlidir.
- Müəyyən edilmiş bir neçə marşrutdan öz istədiyiniz marşrutu seçə bilərsiniz.
- Təyin olunmuş marşrutlardan kənara çıxmamalı, Milli Park işçilərinin (gid-bələdçilərinin) və ya istiqamətləndirici nişanların, texnoloji xəritələrin göstərişlərinə təhlükəsizlik nöqteyi-nəzərdən əməl edilməlidir.
- Milli Park ərazisində fəaliyyət göstərən dayanacaqdan, iaşə və ticarət, o cümlədən istirahət obyektlərinin xidmətindən təlimat qaydalarına uyğun şəkildə istifadə edə bilərsiniz.
- Milli Park ərazisində hərəkət edən zaman fəaliyyət göstərən İnformasiya Mərkəzlərindən ərazi haqqında lazımi məlumatları əldə edə bilərsiniz.
- Park ərazilərində olarkən həvəskar foto və video çəkilişləri apara bilərsiniz.
- Müşahidəedici vasitələrdən və mobil telefonlardan istifadə edə bilərsiniz.
- Marşrut boyu yanmış kibrit çöplərini, siqaret kötüklərini ətrafa atmayın.
- Meşə ərazisində dincələrkən tonqal qalamamalı, müəyyən olunmuş yerlərdə qalanan tonqallar tam söndürülməlidir.
- Milli Park ərazisindəki dayanacaqlarda –nəqliyyat vasitələrinin yaxınlığında yanan vasitələrdən istifadə etməyin.
- Milli Parklarda daşların və ağacların üstünü yazmaq, ərazini zibilləmək və çirkləndirmək, həmçinin səs küyə səbəb ola biləcək hər hansı fəaliyyət göstərmək qadağandır.
- Milli Park ərazisində ekoturizm məqsədilə daxil olmazdan öncə müvafiq təşkilatlarda sığortalana bilərsiniz (Bu sığorta Milli Park ərazisində baş verəbiləcək bədbəxt və fövqəladə hadisələri, infeksion xəstəlikləri, vəhşi heyvanlardan dəyə biləcək xəsarəti (məsələn, ilan vurması) və s. nəzərdə tutmalı, bunların müqabilində turistlərə veriləcək maddi-təminatı müəyyən etməlidir).
Bu qaydalar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsaslanaraq tərtib olunmuşdur və qaydaların pozulması hallarında dəymiş ziyana görə təqsirli şəxs müvafiq qanunvericiliyə uyğun olaraq maddi, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər!
Unutmayaq ki, milli Parklar bizim təbii sərvətimiz və gələcək nəsillərə ötürəcəyimiz mirasdır.
